Azərbaycan Nazirlər Kabineti 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri təsdiqlədi

26.09.2018,13:31


26 sentyabr, Fineko/abc.az. Azərbaycan Nazirlər Kabinetinin  412 saylı qərarı ilə 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcə təsdiqlənib.

Həmçinin Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin təqdim etdiyi Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz layihəsini təsdiqlənib.

Qərara əsasən, bu sənədlər “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq, Azərbaycan Prezidentinə təqdim ediləcək.