Azərbaycan kosmosa üçüncü, “Azerspace-2” peykini göndərdi

13:59 - 26.09.2018


26 sentyabr, Fineko/abc.az. Azərbaycan Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən “Azerspace-2” telekommunikasiya peykini uğurla orbitə buraxdı.

“Azerkosmos”  ASC-nin məlumatında deyilir ki, bu gecə Bakı vaxtı ilə saat 2:38 radələrində Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5″ daşıyıcı raketi ilə “Azerspace-2” telekommunikasiya peyki orbitə buraxılıb. Start Kuru kosmodromundan həyata keçirilib.

ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunmuş “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək.

Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon  ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

 

Bütün xəbərlər