Mərkəzi Bank 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:23 - 26.09.2018


26 sentyabr, Fineko/abc.az. Bu gün  Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirdi.

BFB-in məlumatında deyilir ki, 26 sentyabr tarixində AMB 50101670S dövlət nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

13 investordan 504 983,6 min manat məbləğində 22 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 24 oktyabr 2018-ci il.

 

Bütün xəbərlər