Azərbaycanda xarici şirkətlərin elektron dövlət qeydiyyatı tətbiq ediləcək

18:01 - 26.09.2018


26 sentyabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi sahibkarların vergi uçotu sistemini sadələşdirmək üçün tədbirlər görür.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, yaxın gələcəkdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyat sistemi tətbiq olunacaqdır.

“Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur. Müraciət zamanı təsisçi real vaxt rejimində gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir”, - Ə.Məmmədov belə deyib.

Onun sözlərinə görə, MMC dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək.

“Bu istiqamətdə işlər artıq yekunlaşma mərhələsindədir”, - Ə.Məmmədov belə deyib.

 

Bütün xəbərlər