Azərbaycanın “Аsan İmza” və Rəqəmsal Ticarət Qovşağı Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilmişdir

14:23 - 27.09.2018


27 sentyabr, Fineko/abc.az. 23 sentyabr tarixində AZİNNEX konsorsiumu çərçivəsində Uqanda Respublikasının İctimai İnkişaf naziri cənab Uilson Muruli Mukasa başda olmaqla nümayəndə heyəti yüksək səviyyədə qarşılanaraq Azərbaycanın “Asan İmza” mobil elektron imza və Rəqəmsal Ticarət Qovşağı ilə tanış olmuş, bu layihələrin məqsədi və fəaliyyəti haqqında ətraflı məlumat ala bilmişdilər. Uqanda nümayəndə heyəti eyni zamanda “Neuron Technologies» və “SİNAM” kimi şirkətlərin fəaliyyəti ilə də tanış olmaq imkanı əldə edə bilmişdir.

“B.EST Solutions” şirkətinin nümayəndələri “Asan İmza” mobil elektron imza və Rəqəmsal Ticarət Qovşağı haqqında qonaqlara geniş məlumat vermişdilər. Qeyd olunmuşdur ki, hal-hazırda “Asan İmza” mobil elektron imza Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət-özəl əməkdaşlığı prinsipinə əsaslanaraq hazırlanan azexport.az portalı da daxil olmaqla, müxtəlif dövlət və özəl qurumların elektron xidmətlərinə inteqrasiya edilmişdir.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı 2017-ci ildə cənab Prezidentin sərəncamı ilə başlanan layihədir. Layihənin əsas məqsədi ölkənin lider mövqeyini istər Qafqaz regionunda, istərsə də onun hüdudlarında möhkəmləndirməkdən ibarətdir. Qeyd olunan layihə xarici və yerli müəssisələrə idxal və ixracla bağlı sənədləri, eləcə də müqavilələri elektron şəkildə yaratmağa və imzalamağa, həmçinin yerli və transsərhəd elektron xidmətlərə və elektron ticarətə əlyetərlilik imkanı təqdim edir.

 

Bütün xəbərlər