27.09.2018,14:24
27 sentyabr, Fineko/abc.az. Bakıda və Abşeron yarımadasında sabah, sentyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Abşeronda gecə 14-17, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonların gəlincə isə, sentyabrın 28-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
15 Fevral 2019 | 17:21
15 Fevral 2019 | 17:19
15 Fevral 2019 | 16:21
15 Fevral 2019 | 16:18
15 Fevral 2019 | 15:42
15 Fevral 2019 | 15:41
15 Fevral 2019 | 14:58
15 Fevral 2019 | 14:56
15 Fevral 2019 | 12:12
15 Fevral 2019 | 11:52
15 Fevral 2019 | 11:29
15 Fevral 2019 | 11:13