Azərbaycan Londonda yeni turizm brendinin təqdimatını keçirəcək

15:32 - 27.09.2018


27 sentyabr, Fineko/abc.az. Azərbaycan oktyabr ayında yeni turizm brendini təqdim edəcək.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib ki, yeni brend 18 oktyabr tarixində təqdim olunacaq.

“Yeni brend, ölkənin yeni turizm strategiyasını və siyasətini əks etdirir. Brendin  dünya üzrə təqdimatı ilin sonuna qədər Londonda keçiriləcək”, - deyə K.Quluzadə bildirib.

 

Bütün xəbərlər