330x110
 

İlham Əliyev Gəncədə bir sıra obyektin açılışında iştirak edib

10.11.2017,16:29


10 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfər çərçivəsində bir sıra obyektin açılışında iştriak edib.

Dövlət başçısı “Grand Qafqaz” ticarət kompleksinin açılışında iştirak edib. Ticarət kompleksinin inşası 2014-cü ilin may ayında başlanmış, 2017-ci ilin oktyabr ayında isə başa çatdırılmışdır.

Həmçinin İlham Əliyev “Gəncə Mall” yeni ticarət mərkəzinə baş çəkib, İsmət Qayıbov adına orta  məktəbin binasında aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Prezient həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasının və Azərbaycan Dövlət Aqrar Universitetinin yeni inşa olunan yataqxana kompleksinin açılışında iştirak edib.

 

 

Açar sözlər: İlham Əliyev Gəncə