“Azəri Light” neftinin qiyməti bir barelə 82,98 dollar təşkil edir

16:01 - 28.09.2018


28 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,06 dollar (0,07%)  yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 82,98 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  27 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,55 dollar (0,77%) yüksələrək  bir barelə 72,12 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 27 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,38 dollar (0,47%) yüksələrək  bir barelə 81,72 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,60 dollar təşkil edir.

 

 

Bütün xəbərlər