Sentyabrın 29-na olan hava haqqında məlumat

16:02 - 28.09.2018


28 sentyabr, Fineko/abc.az. Sabah, Bakıda və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir  tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 14-18, gündüz 21-24,  Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm  civə sütunundan  761  mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 29-da hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var.  Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17, gündüz  22-27, dağlarda gecə 7-12, gündüz  13-18 dərəcə isti təşkil edəcək.

 

Bütün xəbərlər