“Visa”nın MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə yeni regional direktoru təyin olundu

10:06 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az. “Visa” Vera Platonovanın şirkətə MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə “Viza” bölməsinin (CISSEE) baş vitse-prezidenti və direktoru vəzifəsinə qayıtmasını elan etdi.

“Viza”nın mətbuat xidmətinin verdiyi məlumata əsasən, Vera Platonova oktyabrın 22-dən vəzifəsini icra edəcək.

Vera Platonova 2007-ci ildən 2010-cu ilə qədər Ukraynada “Visa” şirkətində işləyib və artıq “Visa” şirkətinin Mərkəzi Asiya, Şərqi və Cənub-Şərqi Avropada 17 bazarda bütün fəaliyyətinə idarə edəcək. O, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionunda regional prezident Endrü Torrenin birbaşa tabeliyinə daxil olacaq və Visa CEMEA rəhbərliyinə daxil olacaq. Həmçinin regional və qlobal şəbəkələr çərçivəsində CISSEE regionunun maraqlarını təmsil edəcək.

Platonova, “Visa”nın rəqibi, Ukrayna, Moldova, Gürcüstan və Mərkəzi Asiyada ödəmə sisteminin nümayəndəliyinə rəhbərlik etdiyi “MasterCard”da 8 il işlədikdən sonra “Visa”ya qayıdır.

 

Bütün xəbərlər