Çində Azərbaycanın Ticarət Evi açıldı

01.10.2018,10:47


1 oktyabr, Fineko/abc.az. Çinin Lüçjou şəhərində Azərbaycanın Ticarət Evi açılıb.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Ticarət Evi İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çində səfirliyi və ticarət nümayəndəliyi, Lüçjou şəhər hökuməti və “Eastern Allfriends”  şirkətinin təşkili ilə açılmışdır.

“Azərbaycanın Ticarət Evində rəqabətqabiliyyətli ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən çay, mineral sular, spirtli içkilər, meyvə və tərəvəz, onların emal məhsulları və s. təqdim edilib”, - məlumatda belə deyilir.

 

Açar sözlər: Ticarət evi