Azərbaycanda siqaret bahalaşdı, alkoqollu içkilərin qiymətinin də yüksəlməsi gözlənilir

01.10.2018,10:48


1 oktyabr, Fineko/abc.az. Bu gündən etibarən Azərbaycanda siqaretlərin qiyməti qalxıb.

Satış nöqtəsində bildirildiyi kimi, bütün idxal olunan siqaretlərin qiyməti 0,20 manata qalxıb.

Qiymətlərin artması 29 sentyabr tarixindən etibarən elan edilirdi, bir həftə əvvəl isə "Sobranie" və "Kent" markalı siqaretlər satışdan, demək olar ki, çıxarıldı. Satıcılar qiymət artımını, topdansatış ticarət şəbəkələrinin satış qiymətini qaldırdıqları ilə izah edir.

Azərbaycanda tütün məmulatlarının  qiymətlərinin əvvəlki artımı ilin əvvəlində baş verib.

Satış nöqtələrində həmçinin bildirildi ki, təchizatçılar alkoqollu içkilərin qiymətinin yüksəlməsini də elan edirlər.

İqtisadiyyat Nazirliyindən qiymətlərin yüksəlməsinin səbəbləri haqqında rəsmi məlumat hələ daxil olmayıb.

 

Açar sözlər: Siqaret qiymətləri