Vahid Əhmədov: Bank sektorunun vəziyyəti daha da pisləşə bilər

15:32 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az. 2016-cı ilin mart ayından etibarən Azərbaycanda “Əmanətlərin tam sığortası” haqqında qanun qüvvədədir.

Qanuna əsasən, əvvəl 30 min manat həcmində müəyyən edilmiş və illik 12%-dən artıq olmayan sığortaya aid olan bank əmanətinin miqdarı üzrə məhdudiyyətlər ləğv edilir.

Bu gün deputat Vahid Əhmədov, payız sessiyasının ilk plenar iclasında, 2019-cu ilin martında başa çatan “Tam sığorta” haqqında qanunun qüvvədə olma müddətini uzatmağı təklif edib.

“Mən prezidentdən bu sənədin müddətini uzatmağı xahiş edirəm, çünki bank sektorunda vəziyyət çətindir. Əks təqdirdə, bu, investorların pullarını banklardan götürəcəyinə gətirib çıxara bilər, bankların kapitallaşması ilə bağlı problemlər yarana bilər. Bank sektorinin çətin vəziyyətini daha da pisləşdirə bilər”, - deyə V. Əhmədov bildirib.

 

Bütün xəbərlər