Azərbaycanda 20 dövlət səhmdar cəmiyyəti özəlləşdirməyə çıxarılıb

15:37 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət  əmlakı obyektlərinin özəlləşdirməsi üzrə növbəti hərrac keçirəcək.

Dövlət Komitəsinin məlumatında deyilir ki, hərrac 30 oktyabr tarixində keçiriləcək.

“Hərraca ümumilikdə 130 dövlət əmlakı çıxarılıb, onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.

Hərracda iştirak etmək istəyənlər Özəlləşdirmə portalına (privatization.az) və ya komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaqla əlavə informasiya əldə edə bilərlər.

 

Bütün xəbərlər