Depozit hərracında təklif 1 milyard manatdan çox təşkil etdi

17:02 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 1 oktyabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  1 061,2 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

 

Bütün xəbərlər