Dünya Bankı: Qarşıdakı 25 il ərzində Azərbaycanın iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcək

12:05 - 2.10.2018


2 oktyabr, Fineko/abc.az.  Dünya Bankı qeyri-neft sektorunun, xüsusilə kiçik və orta biznesin inkişafında Azərbaycana gələcəkdə də yardım etməyə hazırdır.
Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi “Azərbaycanda yeni mühasibat uçotu sahəsində standartlarının tətbiqi: problemlər və perspektivlər” Forumunda bildirib ki, kiçik və orta sahibkarlığın inkişafı ölkənin iqtisadiyyatının inkişafına birbaşa təsir göstərir.

“Əvvəlki 25 il ərzində Azərbaycan neft iqtisadiyyatı hesabına inkişaf etmiş, növbəti 25 ildə ölkə qeyri-neft iqtisadiyyatı hesabına inkişaf edəcəkdir. Dünya Bankı qeyri-neft iqtisadiyyatının, xüsusilə ölkə iqtisadiyyatının əsasını təşkil edən kiçik və orta sahibkarlığın inkişafına lazımi dəstək göstərməyə hazırdır”, - Navid Həsən Naqvi belə deyib.
Onun sözlərinə görə, Azərbaycanda qəbul edilmiş mühasibat uçotu sahəsində qanunvericiliyin dəyişiklikləri həyata keçirilən islahatların düzgünlüyünün əyani göstəricisidir və kiçik və orta sahibkarlığın inkişafı üçün əsas olacaqdır. 

Bu gün Dünya Bankı və Azərbaycan Risk Professionalları Assosiasiyasının (ARPA) dəstəyi ilə “Azərbaycanda yeni mühasibat uçotu sahəsində standartlarının tətbiqi: problemlər və perspektivlər” adlı forum keçirilib. 

Forumda Azərbaycanda mühasibat uçotu sahəsində islahatlar müzakirə olunur. Forumun məqsədi "Mühasibat uçotu haqqında" Qanuna edilmiş dəyişikliklərlə bağlı yeni standartlara keçid prosesinin sadələşdirilməsinə, yeni standartların istifadəsi ilə bağlı mümkün problemləri öyrənməyə, mühasibat uçotu sahəsində təhsil proqramının hazırlanması üçün ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsidir.

Bütün xəbərlər