Azərbaycan Qazaxıstana ixrac missiyası göndərdi

12:31 - 2.10.2018


2 oktyabr, Fineko/abc.az.  Azərbaycan Qazaxıstana növbəti ixrac missiyasını göndərdi.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, ilk gündə qida məhsulları və tikinti materialları istehsalçılarının nümayəndələri ilə Azərbaycanın missiyası Qazaxıstanın iri şirkətləri ilə görüşüb.
“Almatı və Şimkənd şəhərlərinə göndərilən missiyalar Qazaxıstan  həmkarlarına Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixrac potensialı, ixracın stimullaşdırılması üzrə tədbirlər, rəqabət qabiliyyətli və yüksək keyfiyyətli yerli məhsullar barədə məlumat vermişdir. Tərəflər həmçinin Azərbaycan və Qazaxıstan sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, Qazaxıstana ixrac imkanı məsələlərini müzakirə ediblər”, - məlumatda belə deyilir.
Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil olunan ixrac missiyası 5 oktyabr tarixinə qədər davam edəcək.

Bütün xəbərlər