İlham Əliyev Gürcüstanla sərhəddə qədər yolun tikintisi üçün 10,7 milyon manat ayırıb

12:43 - 2.10.2018


2 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (184 km)–Pirili–Muradxan–Sor Sor avtomobil yolunun tikintisi üçün vəsaitin ayrılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, yolun tikintisi və yenidən qurulması üçün Dövlət Avtomobil  Yoları Agentliyinə 10,7 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləği maliyyələşdirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bütün xəbərlər