Bakıda marşrut avtobusu və elektrik qatarının toqquşması nəticəsində daha bir nəfər həlak oldu

13:10 - 2.10.2018


2 oktyabr, Fineko/abc.az.  Azərbaycanın Daxili İşlər Nazirliyi Bakının Xəzər rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar rəsmi bəyanat yayıb.
Bəyanatda deyilir ki, həlak olanların sayı 2 nəfərə çatdı.

Dünən yol nəqliyyat hadisəsi nəticəsində 13 yaşlı uşaq həyatını itirdi.

Qəza dünən saat 14.00-da Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib. Sürücü Əlixan Şirəliyevin idarə etdiyi 160 nömrəli marşrut avtobusu, relslərə çıxaraq elektrik qatarı ilə toqquşub. Nəticədə 42 nəfər yaralanıb, sərnişinlər Şakir Əliyev və Yusif Dadaşzadə həlak olub.
Fakt üzrə istintaq davam edir.

Bütün xəbərlər