Azərbaycanda sahibkarlara dövlət xətti ilə 2,12 milyard manat həcmində güzəştli kreditlər verilib

14:20 - 2.10.2018


2 oktyabr, Fineko/abc.az. İndiyədək Azərbaycanda 36 min sahibkarlıq layihəsi dövlət tərəfindən maliyyələşdirilib. 
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondunun (NFES) xətti ilə maliyyələşdirilən layihələrin ümumi dəyəri 4,19 milyard manat təşkil edib.

“Bu layihələrə 2,12 mlrd. manat kredit ayrılıb. Həmin vəsaitin təxminən 1 mlrd. manatı dövlət büdcəsi vəsaiti, qalanı isə geri qaytarılmış vəsaitdir. Kreditlərin 72%-i aqrar sektorun payına düşüb”, - nazir müavini belə deyib.

Bütün xəbərlər