Pərviz Şahbazov Rusiya Enerji Həftəsində iştirak edəcək

17:22 - 2.10.2018


2 oktyabr, Fineko/abc.az.  Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyada səfərdədir. 
Nazirliyin məlumatında deyilir ki, nazir səfər çərçivəsində Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak ilə görüşəcək və “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək.

“Energetika nazirinin forum çərçivəsində  “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları“ mövzusunda çıxışı nəzərdə tutulub”, - məlumatda belə deyilir. 
Məlumatda bildirilir ki, forumun işində Rusiya Prezidenti Vladimir Putinlə yanaşı,bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri  iştirak edəcəklər.

“Pərviz Şahbazov həmçinin  “Simens” şirkətinin “Rusiya Enerji Həftəsi”ndə  təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq”, - məlumatda belə deyilir.

Bütün xəbərlər