Azərbaycanda nar bayramı payızın enoqastronomik hadisələrinin zirvəsindədir

09:46 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi payızın ortalarında MDB ölkələrində keçirilən, Rusiya turistləri arasında ən populyar və ən maraqlı enoqastronomik bayramlar və festivalların reytinqini təqdim edib.

Agentliyin məlumatına əsasən, reytinq turların populyarlığının və hadisələrin unikallığının təhlili əsasında aparılıb.

“2018-ci ilin payız mövsümünün  ortalarında MDB-də keçirilən enoqastronomik turizm üçün təşkil edilən ən maraqlı üç turların üçlüyünə Azərbaycan, Ermənistan və Moldovaya daxil olublar. Azərbaycanda keçirilən nar bayramı, Ermənistanda - ümumxalq şərab festivalı və Moldovada Milli Şərab Günü 2018-ci ilin oktyabr ayında Rusiya turistləri arasında populyar olan MDB-nin enoqastronomik hadisələrini təşkil edir”, - məlumatda belə deyilir.

Nar bayramı oktyabrın 26-dan noyabrın 7-dək Göyçayda keçiriləcək. Nar bayramı zamanı, narın 60-dan çox növünün yarmarkası keçiriləcək, həmçinin bişmiş, qaynadılmış, qovrulmuş və s. şəkildə hazırlanmış nar təqdim ediləcək. Azərbaycan yeməklərinin dequstasiyası, folklor qruplarının, idmançıların, rəqs və mahnı qruplarının çıxışları olacaq və müsabiqələr keçiriləcək. 2006-cı ildən etibarən nar bayramını təşkil edən Göyçay rayonunda hər il 30 tondan çox nar yığılır.

 

Bütün xəbərlər