Azərbaycan və Rusiya sabah yüksək gərginlikli elektrik xəttinin ikinci fazasının tikintisini müzakirə edəcəklər

03.10.2018,11:09


3 oktyabr, Fineko/abc.az. Azərbaycan və Rusiya arasında elektrik enerjisi sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası keçiriləcək.

Energetika Nazirliyinin məlumatına görə, işçi qrupunun iclası sabah "Rusiya Enerji Həftəsi" forumu çərçivəsində keçiriləcək.

“İclasda yüksək gərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi, “Samur” çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC ilə “Azərenerji” ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi və s. məsələlərin müzakirəsi nəzərdə tutulub”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Azərbaycan tərəfdən işçi qrupunu nazir müavini Natiq Abbasov, Rusiya tərəfdən isə energetika nazirinin müavini Anatoli Yanovski təmsil edəcək.