Hesab.az ADA Universitetinin tələbələri ilə görüş keçirib

11:16 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. Hesab.az platforması fəaliyyət göstərdiyi dövrdən etibarən daim bütün gözləntiləri qarşılamağı, yüksək səviyyədə xidmət göstərməyi qarşısına məqsəd qoymuş və yetərincə bu məqsədə çatmaq üçün çalışmışdır. Onlayn ödəmə platforması olaraq həmişə öz liderliyini qoruyan şirkətin əsas məqsədi Azərbaycanda bu sahə üzrə təqdirə laiq işlər görərək nağd ödəmə üsullarının istifadəsini getdikcə azaltmaq və insanların texnologiyanın üstünlüklərindən yararlanmağa təşviq etməkdir.

İstər öz sahələri üzrə istərsə də, sosial yönümlü tədbirlərdə və layihələrdə yaxından iştirak etməyə çalışan Hesab.az insanlara hərtərəfli faydalı ola bilməyi şirkət strategiyalarının mərkəzinə qoymuşlar. Sosial tədbirlərin təməlində gənclərin fərdi inkişafı və təhsil, gələcək karyera planlarında onlara kömək etmək dayanır. Şirkət təcrübələrini və mümkün resurslarını bu layihələrə səfərbər edən Hesab.az rəhbərliyi bu mövzuya olduqca həssas yanaşır.

Universitetlərdə tələbələrləri maarifləndirməyi və məlumatlandırmağı nəzərdə tutan Hesab.az komandası ADA Universitetində ilk tədbirini həyata keçirdi. 27-28 sentyabr tarixlərində tələbələr ilə görüş keçirilib. Bu tədbirdə tələbələrə yenilənmiş Hesab.az saytı və mobil tətbiqi haqda məlumat verilib. Həmçinin GoldenPay şirkətində təcrübə və təqaüd proqramlarına qoşulmaq imkanı da yaradılıb. Tələbələr şən xatirə şəkilləri və müxtəlif hədiyyələr ilə tədbirdən ayrılıblar. Tələbələrlə bağlı növbəti dövrdə müxtəlif əyləncəli və maarifləndirici tədbirlər keçirilməsi də nəzərdə tutulur.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.


Bütün xəbərlər