2018-ci ilin ilk 9 ayında ARDNF-nin mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirləri 7,4 milyard dollara çatıb

03.10.2018,12:32


3 oktyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan mənfəət neftinin və “Şahdəniz” yatağından kondensatın satışından əldə etdiyi gəlir 7,401 milyon təşkil edib.

ARDNF-in məlumatında deyilir ki, o cümlədən, “Şahdəniz” yatağından kondensatın satışından hesabat dövründə 115 milyon dollar daxil olub.

ARDNF-nin məlumatına görə, 2001-ci ildən 1 oktyabr 2018-ci il tarixinə qədər Azərbaycanın AÇG blokundan mənfəət neftinin satışından fonda 135,887 milyon dollar, “Şahdəniz” yatağından isə qazın satışından 2007-ci ildən 1 sentyabr 2018-ci il tarixinə qədər 2,506 milyon dollar daxil olub.

 

Açar sözlər: SOFAZ AÇG Şahdəniz