İlham Əliyev avtomobil yolunun tikintisinə 4,2 milyon manat ayırıb

12:43 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev  4 yaşayış məntəqəsini birləşdirən Arbatan–Marışlı–Seyidsadıqlı–Quyçu avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb. Yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2018-ci il dövlət  büdcəsindən 4,2 milyon ayrılacaq.

Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

 

Bütün xəbərlər