Bütün dünyada “Instagram”da nasazlıqlar yaşanır

13:02 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. “Instagram”ın bütün dünya üzrə  istifadəçiləri bu proqramın işində  yaranan nasazlıqlardan şikayətlənir.

İstifadəçilərin 60%-i xəbər lentini yeniləyə, 31%-i isə proqrama daxil ola bilmir.

İnformasiyanı “Downdetector” xidməti təsdiqləyir. Xidmətin məlumatına görə, fasilələr səhər saatlarında qeydə alınmış və tezliklə qlobal səviyyəyə qalxmışdır. Əsasən, proqramın istifadəsi ilə bağlı problemlər Avropa regionu və ABŞ-ın qərb hissəsinin sakinləri arasında yaranır.

Nasazlıqlar haqqında məlumatların əksəriyyəti Böyük Britaniyadan və Hollandiyadan daxil olur, Ukrayna, Rusiya, Belarus, Polşa, İtaliya, İsveç və digər ölkələrdə isə Instagram-a giriş problemləri yaşanır.

Həmçinin məlum oldu ki, Instagram mobil proqramı və saytı Avstraliya, həmçinin Şərqi Asiya sakinləri arasında - Yaponiya, İndoneziya və Malayziyada işləmir.

 

Bütün xəbərlər