“Amrahbank”dan təhsil işçilərinə hədiyyə!

13:59 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. Amrahbank qarşıdan gələn 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibəti ilə təhsil ocaqlarında çalışan hər kəsi təbrik edir və onlara bankın bütün istehlak kreditləri üzrə 0% komissiya təklif edir.

Kreditlər üzrə illik faiz dərəcəsi 20% qədər endirildi, ödəniş vaxtı 48 ayadək uzadıldı və maksimal məbləğ 50.000 manatadək artırıldı.

2 oktyabr - 10 oktyabr tarixlərində təhsil işçiləri “Amrahbank”ın istənilən filialına yaxınlaşmaqla bu sərfəli şərtlərdən yararlana bilərlər!

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında (www.amrahbank.az) və ya 987 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Peşə bayramınız mübarək!


Bütün xəbərlər