Oktyabrın 4-nə olan hava proqnozu

15:42 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. Bakıda və Abşeron yarımadasında sabah, oktyabrın 4-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 26-28  dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma daxilində 761 mm  civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

 

Bütün xəbərlər