Pərviz Şahbazov: Azərbaycanda neft hasilatı 2018-ci ilin sonuna qədər artacaq

03.10.2018,15:48


3 oktyabr, Fineko/abc.az. Azərbaycanda neft hasilatı 2018-ci ilin sonuna qədər artacaq.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, sentyabr ayında Azərbaycanda xammal istehsalının həcmi avqust ayı ilə müqayisədə dəyişməz olaraq qalıb və sutkada 773 min barel təşkil edib.

“Neft hasilatının artması qaz kondensatı istehsalı və investisiyaların artmasını təmin edəcək”, - deyə nazir bildirib.

 

Açar sözlər: Pərviz Şahbazov