Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları sentyabr ayında 31 milyon dollar artıb

16:14 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. 2018-ci ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları avgust ayı ilə müqayisədə  31 milyon dollar və ya 0,56% artıb.

AMB-in məlumatına əsasən, valyuta ehtiyatları 1 oktyabr 2018-ci il tarixində 5534,5 milyon dollar, 1 sentyabr tarixində 5503,5 milyon dollar və 1 avqust tarixində 5546,9 milyon dollar təşkil edib.

“İyulun 1-də valyuta ehtiyatları 5512,7 milyon dollar, iyunun 1-də 5471,4 milyon dollar, mayın 1-də 5465,8 milyon dollar, aprelin 1-də 5508,0 milyon dollar, martın 1-də 5387,3 milyon dollar, fevralın 1-də 5381,2 milyon dollar və yanvarın 1-də 5334,6 milyon dollar təşkil edib”, - AMB-in məlumatında belə deyilir.

Beləliklə, 2018-ci ilin yanvar-sentyabr aylarında AMB-in valyuta ehtiyatları 199,9 milyon dollar və ya 3,75% artıb.

2017-ci ildə AMB-in valyuta ehtiyatları 34,2% artıb.

 

Bütün xəbərlər