Azərbaycan Mərkəzi Bankı ölkədə pul kütləsinin həcmini açıqlayıb

17:01 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci il oktyabrın 1-nə olan pul kütləsini adlandırıb.

Mərkəzi Bankın məlumatına görə, 1 oktyabr tarixinə pul kütləsi 8 871,5 milyon manat təşkil edib.

1 sentyabr tarixinə pul kütləsi 8318,2 milyon manat, 1 avqust tarixinə - 8888,9 milyon manat, 1 iyul tarixinə 8588,0 milyon manat, 1 iyun tarixinə 8404,4 milyon manat, 1 may tarixində isə 8413 1 aprel tarixinə 9471,0 milyon manat, 1 mart tarixinə 9,180,6 milyon manat, fevralın 1-nə 8,761,8 milyon manat, yanvarın 1-nə isə 8,543,2 milyon manat təşkil edib.

Yanvar-sentyabr ayları ərzində pul kütləsinin artımı 3,84% və ya 328,3 milyon manat təşkil edib.

 

Bütün xəbərlər