Pərviz Şahbazov: 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ümumi həcmi 30% təşkil edəcək

17:52 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az.  Azərbaycanın enerji naziri Pərviz Şahbazov Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” beynəlxalq forumunda çıxış edib.

Forumda nazir Pərviz Şahbazov deyib ki, 2030-cu ilə qədər  ölkədə bərpa olunan enerji mənbələrinin ümumi həcmi 30%-ə çatacaq.

“Bunun üçün nəhəng potensial mövcuddur. Biz ciddi qanunvericilik bazası, müvafiq təşviq mexanizmləri yaratmaq istəyirik. Biz, ötürmə xətlərinin optimallaşdırılması üzrə işi yerinə yetiririk ki, bərpa olunan enerji mənbələri hesabına əldə etmək üçün planlaşdırdığımız lazımi elektrik enerjisi əldə edə bilək”, - deyə P.Şahbazov qeyd edib.

 

Bütün xəbərlər