Peskov: Azərbaycan və Rusiya birgə tarix yaradacaq

18:02 - 3.10.2018


3 oktyabr, Fineko/abc.az. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün nəticələrinin çox müsbət olduğunu söylədi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə əsasən, Rusiya ilə Azərbaycanı birgə tarix birləşdirir və şübhə yoxdur ki, iki ölkənin gələcəkdə birgə tarixi olacaq.

Dmitri Peskov qeyd etdi ki, dövlət başçıları  Vladimir Putin və İlham Əliyev arasında  tərəfdaşlıq və etibarlı münasibətlər formalaşıb ki, bu da onlara ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.

“Bu müzakirələrə hansı məsələlərin daxil olduğunu siz bilirsiniz”, - deyə Peskov vurğulayıb.

Putinin mətbuat katibi həmçinin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir.

 

Bütün xəbərlər