Bu gün Bakının Xətai rayonunun bir hissəsində su olmayacaq

10:15 - 4.10.2018


4 oktyabr, Fineko/abc.az. Azərbaycanın milli su operatoru olan “Azərsu” ASC, su təchizatında kəsintilər barədə xəbərdarlıq edir.

“Azərsu”dan verilən məlumatda deyilir ki, Babək prospekti ərazisində su təchizatı infrastrukturunun yenilənməsi üzrə işlər aparılır.

“Bununla əlaqədar olaraq, bu gün ərzində Bakı şəhərinin Xətai rayonunun A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər