Qazaxıstan İstanbulun yeni hava limanının sığorta proqramında iştirak edir

10:36 - 4.10.2018


4 oktyabr, Fineko/abc.az. “Avrasiya” Sığorta Şirkəti, dünyanın ən böyük hava limanı olacaq yeni İstanbul Hava Limanının sığorta proqramında iştirak etməyə dəvət olunub.

“Avrasiya” SŞ-nin İcraçı Direktoru Samat Kabdolovun sözlərinə görə, bütün layihə fiziki zərərlə bağlı bütün risklərdən və hava limanının işində fasilələrdən 5,4 milyard avro məbləğində sığortalanıb.

“Ədalət və İnkişaf” İqtidar Partiyasının meqa-layihələrindən biri olan yeni İstanbul Hava limanı, Türkiyənin statusunu yüksəltmək və ölkə iqtisadiyyatını artırmaq məqsədilə inşa edilmişdir və gündəlik 3,500 uçuş və eniş üçün nəzərdə tutulmuşdur. Ölkə gəlirinin 15 milyard dollardan çox artacağı və 225 mindən çox iş yerinin açılacağı gözlənilir. Ölkənin Atatürk adına ən böyük hava limanı isə kiçik aviasiya əməliyyatları üçün istifadə ediləcək.

 

Bütün xəbərlər