Macarıstan “Cənub Qaz Dəhlizi”nə qoşulmaq istəyir

12:18 - 4.10.2018


4 oktyabr, Fineko/abc.az. Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” Forumu çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlikdən verilən məlumata əsasən, görüş zamanı nazirlər  “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, genişləndirilmə perspektivləri  və  növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması məsələlərini müzakirə ediblər.

“Peter Siyarto bildirib ki, Macarıstan gələcəkdə “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaqda maraqlıdır və iki ölkənin müvafiq nazirliklərinin dialoqunun zəruri olduğunu qeyd edib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, nazirlər Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlığın digər sahələrini də müzakirə etdilər.

 

Bütün xəbərlər