Azərbaycan ilə İtaliya qeyri-neft sektorunun inkişafı üzrə fəaliyyət planı hazırlayırlar

16:22 - 4.10.2018


4 oktyabr, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev İtaliya səfiri Auqusto Massarinini qəbul edib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə Şahin Mustafayev İtaliyanın Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olduğunu və ixracda birinci yeri tutduğunu bildirdi.

“Hazırda Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında saziş layihəsi, həmçinin enerji, infrastruktur, logistika, dəmir yolları, aqrar sənayesi, neft kimyası və s. sahələrində əməkdaşlığı nəzərdə tutan fəaliyyət planı hazırlanır”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və İtaliya neft sektorunda uğurla əməkdaşlıq edir və ölkə qeyri-neft sahəsində əlaqələrin genişləndirilməsində maraqlıdır.

Öz növbəsində İtaliya səfiri qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində maraqlıdırlar.

 

Bütün xəbərlər