Hava şəraitinin dəyişməsi səbəbindən Bakının əsas magistral yollarında hərəkət sürəti azaldıldı

05.10.2018,11:44


5 oktyabr, Fineko/abc.az. Bakının əsas yollarında hava şəraitinin pisləşməsi səbəbindən avtomobillərin sürəti azaldılıb.

Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir ki, Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında sürət həddi 20 km/saat endirilib.

“Sürət həddinin endirilməsində məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir”, - məlumatda belə deyilir.