Azərbaycanda 70 dövlət müəssisəsi hərraca çıxarılıb

11:17 - 13.11.2017


13 noyabr, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracın keçirilməsini elan edib.

Komitədən verilən məlumata əsasən, növbəti hərrac 12 dekabr tarixində keçiriləcək.

“Hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılıb. Onların sırasından 19-u səhmdar cəmiyyəti, 70-i kiçik dövlət müəssisə və obyekti, 62-i istifadəsiz qeyri-yaşayış sahəsidir”, - məlumatda belə deyilir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2903

 

Bütün xəbərlər