“Ural Hava Yolları” Gəncəyə uçuşlar təşkil edəcək

05.10.2018,12:50


5 oktyabr, Fineko/abc.az. “Ural Hava Yolları” aviaşirkəti yeni, Nijnevartovsk - Gəncə - Nijnevartovsk marşrutu təşkil edir.

Şirkətin məlumatına görə, birbaşa uçuşlar həftədə bir dəfə çərşənbə axşamı günləri həyata keçiriləcək.

“Uçuşlar 30 oktyabr 2018-ci il tarixindən başlayacaq. Xətt, “Ekonom” və “Biznes” sinif salonları ilə təchiz olunmuş və müasir və rahat Airbus A320 təyyarələri ilə xidmət edilir”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, bir istiqamətə minimal tarif, 23 kq-a qədər baqaj, 5 kq-a qədər əl baqajı, isti nahar və bütün xərclər daxil olmaqla 12,236 rubl təşkil edir.

Manatın rubla nisbətən rəsmi məzənnəsi bu gün 0,0254 AZN təşkil edir.

 

Açar sözlər: Ural Hava Yolları