Maliyyə Nazirliyi 30 milyon manat məbləğində DOİ yerləşdirəcək

16:20 - 5.10.2018


5 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, oktyabrın 9-da, hər birinin nominal dəyəri 100 manat olmaqla, 30 milyon manat həcmində DOİ satışı üzrə hərrac keçiriləcək.

“İstiqrazların tədavül müddəti 728 gündür, faiz gəlirliyi 8%-dir. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər