Hesab.az portalından yeni obraz

17:45 - 5.10.2018


5 oktyabr, Fineko/abc.az. Goldenpay onlayn ödəmələr platformasında hər zaman liderliyini qoruyub saxlamaq üçün yeniliklər etməyə, etdiyi dəyişiklikləri əsasən insanların tələb və arzuları, əsasən də məmnunluğuna əsasən formalaşdırmağa çalışır.

Günün tələbinə və texnoloji inkişafa uyğunlaşan yenilənmiş Hesab.az tam olaraq müştəri məmnunluğuna yönəlib. Daim istifadəçiləri ilə yaxın olmağa, onlardan biri olduqlarını ifadə etməyə çalışan Hesab.az komandası xalqın içindən bir obraz ilə bunu daha yaxşı ifadə edə biləcəklərini düşündülər.

Beləliklə yeni Hesab dayı obrazı yaradıldı. Xarakterik xüsusiyyətlərindən biri kimi insanları dövrümüzdəki texnologiyanın üstünlüklərindən yararlanmağa çağıran, hələ də  köhnə üsullarla ödəmə edənləri qınayan və ən əsası da yaşına baxmayaraq texnoloji yeniliklərlə ayaqlaşan biri olması nəzərdə tutulub. İstər görünüşü, istərsə də danışıq tərzi ilə çox təhrif olunmadan və təbii şəkildə təsvir olunması çatdırılması nəzərdə tutulan fikirləri ətraflı şəkildə təmin etməyə xidmət edir.

İnsanlara yenilənmiş Hesab.az haqqında məlumatları və həyata keçirəcəkləri yenilikləri Hesab dayı vasitəsiylə maraqlı, əyləncəli üslubda çatdırmağı planlaşdıran Hesab.az bununla da öz sahəsində ilk xarakterik obrazı yaratmış oldu. Sosial şəbəkələrdə və çəkilən reklam çarxında izləyici kütləsi ilə ilk tanışlıqdan sonra Hesab dayı obrazı olduqca maraqla qarşılandı. 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

 

Bütün xəbərlər