İlham Əliyev Vladimir Putini doğum günü münasibətilə təbrik etdi

08.10.2018,10:38


8 oktyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Vladimir Putini doğum günü münasibətilə təbrik edib, Rusiya xalqının rifahı naminə yeni uğurlar,  möhkəm cansağlığı arzulayıb.

Rusiya prezidenti Vladimir Putin göstərilən diqqət və təbriklərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələr arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsinə və möhkəmlənməsinə inandığını bildiriblər.