Yevgeni Ditrix: Samur çayı üzərindəki avtomobil körpüsü 2019-cu ildə istifadəyə veriləcək

11:03 - 8.10.2018


8 oktyabr, Fineko/abc.az. Dağıstanda, Rusiya-Azərbaycan sərhədində Samur çayı üzərindəki avtomobil körpüsü 2019-cu ildə istismara veriləcək.

Rusiya Federasiyasının nəqliyyat naziri Yevgeni Ditrix Dağıstana işgüzar səfər çərçivəsində jurnalistlərə bildirib ki, tikinti işləri cədvəl üzrə həyata keçirilir.

“Cədvələ əsasən, körpünün təhvil verilməsi 2019-cu ildə planlaşdırılmışdır və mən əminəm ki, bu müddətlərə riayət olunacaq. Hətta ehtimal ki, həmin müddətlər bir qədər azaldılsın”, - deyə nazir bildirib.

Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi ilə bağlı protokol Azərbaycan və Rusiya arasında 2017-ci ildə imzalanıb.

 

 

Bütün xəbərlər