Azərbaycanda 17 dövlət səhmdar cəmiyyəti özəlləşdirilməyə çıxarılıb

12:16 - 8.10.2018


8 oktyabr, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 6-da dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi ilə bağlı növbəti  hərrac keçirəcək.

Komitənin məlumatına görə, hərraca 79 obyekt çıxarılacaq.

“O cümlədən, 17 səhmdar cəmiyyəti, 33 kiçik dövlət müəssisəsi və obyekti, 23 qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq”, - məlumatda belə  deyilir.

Məlumatda  bildirilir ki, özəlləşdirmə üçün nəzərdə tutulmuş obyektlərlə komitənin rəsmi saytında (emdk.gov.az) və özəlləşdirmə portalında (privatization.az) tanış olmaq mümkündür.

 

Bütün xəbərlər