Azərbaycan Mərkəzi Bankı depozit hərracında 350 milyon manat cəlb etdi, təklif 1 milyarddan çox oldu

12:38 - 8.10.2018


8 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 8 oktyabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında tələb 1 143,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.

 

Bütün xəbərlər