Bakının hər sakini orta hesabla 163,9 manat həcmində ödənişli xidmətlərdən istifadə edir

09.10.2018,11:10


9 oktyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında paytaxt əhalisi 3231,4 milyon manat dəyərində ödənişli xidmətlərdən istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.

Bakının Statistika İdarəsinin məlumatına görə, hüquqi şəxslər paytaxt əhalisinə 2126,1 milyon manat həcmində xidmət göstərmişlər ki, bu da bütün xidmətlərin 65,8%-ni təşkil edir.

“Paytaxt əhalisinə fərdi sektor tərəfindən göstərilən pullu xidmətlərin dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 2,544,8 milyon manat təşkil edib. Yanvar-avqust aylarında paytaxtın hər sakini orta hesabla 163,9 manat məbləğində ödənişli xidmətlərdən istifadə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,8 manat çoxdur”, - İdarədən verilən məlumatda belə deyilir.

 

Açar sözlər: ödənişli xidmətlər