Bakı metrosunda ilk dəfə qadın maşinist çalışacaq

12:52 - 9.10.2018


9 oktyabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC-də maşinistlərin seçimi başa çatıb.

QSC-in məlumatına görə, Metropolitenə cəmi 500-dən çox müraciət   daxil olub, onlardan 339-u tələblərə cavab verməyib.

“İlk mərhələdən 170 nəfər keçmiş, onlardan 127-i ikinci mərhələdə iştirak etmişdir. Bütün mərhələlər başa çatdıqdan sonra maşinist vəzifəsinə 17 nəfər qalmış, onlardan biri qadındır”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Bakı  Metropoliteni, gender təhlükəsizliyi prinsipini nəzərə alaraq ilk dəfə metro qatarlarının maşinisti kimi qadınların işləməsi üçün şərait yaradıb. Ümumilikdə 10-dan çox qadın iştirak üçün müraciət etmiş və yalnız biri bütün tədris prosesini uğurla başa çatdırmışdır.

 

Bütün xəbərlər